Səfir: “Azərbaycan İsrail üçün strateji tərəfdaşdır”

  25 İyul 2019    Oxunub : 1364
 Səfir: “Azərbaycan İsrail üçün strateji tərəfdaşdır”
Azərbaycan İsrail üçün strateji tərəfdaşdır. Azərbaycan və İsrail arasında ikitərəfli əlaqələr əsasən müdafiə üzərində qurulub.

Azvision.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav deyib. O bildirib ki, Azərbaycan və İsrail enerji sektorunda da əməkdaşlıq edir.
"Texnologiya sahəsində öndəgedən İsrail şirkətləri Azərbaycan üçün yaxşı tərəfdaş ola bilərlər. Azərbaycanın öz vətəndaşları üçün atdığı addımlardan razıyam. İsrail şirkətləri olduqca yeni texnologiyalardan istifadə edirlər. İnanıram ki, şirkətlər bu istiqamətdə Azərbaycana da kömək edəcəklər".

Aytən Zəhra
Azvision.az

Teqlər: İsrail   Səfir