Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 131-ə çatıb

Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 131-ə çatıb
  26 İyul 2019    Oxunub:1493
İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində yeni münasibətlərin, mənzil fondunun idarə olunmasında yeni üsulların tətbiqi istiqamətində maarifləndirmə və təbliğat işləri aparılır, yerli icra hakimiyyəti orqanları və bələdiyyə nümayəndələrinin, sahə mülkiyyətçilərinin iştirakı ilə tədbirlər təşkil edilir, mənzil mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, aparılan maarifləndirmə işlərinin və sahə mülkiyyətçilərinin binaların idarə olunmasında marağının artmasının nəticəsi olaraq, çoxmənzilli binalarda yaradılan mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) sayı artır.

Belə ki, indiyədək 131 MMMC Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin dəstəklənməsi istiqamətində işlər davam etdirilir.

Azvision.az



Teqlər: İqtisadiyyat   Nazirlik   Mənzil  





Xəbər lenti