Türkiyə prezidentinin oğlu Gədəbəyə gəlib - FOTO

 Türkiyə prezidentinin oğlu Gədəbəyə gəlib -  FOTO
  26 İyul 2019    Oxunub:6150
Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçirilir.
Azvision.az xəbər verir ki, Gədəbəy rayonunda təşkil olunan festivalın açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edib. O, Kənd Təsərrüfatı naziri İnam Kərimovla birgə festivalın rəmzi lentini kəsib.



Qeyd edək ki, Milli Yaylaq Festivalı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumlarının tərəfdaşlığı ilə keçirilir.

İyulun 28-dək davam edəcək Festival şərti olaraq mədəni–etnoqrafik, milli yaylaq (idman) oyunları, eko–etnoturizm adlı 3 hissədən ibarət olacaq.

Azvision.az


Teqlər: Gədəbəy   Festival  





Xəbər lenti