Aprel şəhidinin anım mərasimi keçirilib

Aprel şəhidinin anım mərasimi keçirilib
  27 İyul 2019    Oxunub:1448
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid polkovnik-leytenant Sənan Axundovun anım mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı hərbi təhsil müəssisənin kursantları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.



Mərasim iştirakçıları Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıblar. Tədbirdə millət vəkilləri Məlahət Həsənova və Sona Əliyeva, şəhidin həyat yoldaşı Nəcibə Axundova çıxış edərək şəhidin ailəsinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Zəminə Xınalının S.Axundovun xatirəsinə həsr edilən “Müqəddəs şəhid” kitabının təqdimatı olub.
Tədbir xatirə şəkilinin çəkilməsi ilə başa çatıb.



Azvision.az


Teqlər: Aprelşəhidi   SənanAxundov  





Xəbər lenti