Ərdoğanın oğlunun Gədəbəy səfəri - FOTOLAR

   Ərdoğanın oğlunun Gədəbəy səfəri -    FOTOLAR
  27 İyul 2019    Oxunub:6903
Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçirilir.

Gədəbəy rayonunda təşkil olunan festivalın ötən gün baş tutan açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edib. O,bildirib ki, Milli Yaylaq Festivalının təşkili Azərbaycanda milli idman növlərinin inkişafına çox güclü dəstəyin olduğunu göstərir.
B.Ərdoğanın sözlərinə görə, Azərbaycanda xüsusilə uşaqlar, gənclər öz milli idman növlərini öyrənməli, onları yaşatmalıdırlar.

"Mədəniyyətimizi itirsək, müstəqilliyimizi itirərik. Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər öz mədəniyyətimizə sahib çıxmasaq, o zaman bizi məğlub etmək istəyənlər arzularına çatarlar".













Azvision.az



Teqlər: Bilal-Ərdoğan   Gədəbəy  





Xəbər lenti