“Olimpiya Festivalını yüksək səviyyədə keçirdik” - Azad Rəhimov

“Olimpiya Festivalını yüksək səviyyədə keçirdik” -   Azad Rəhimov
  27 İyul 2019    Oxunub:2376
Qonaqların və idmançıların rəylərinə əsaslanaraq deyə bilərəm ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə keçirdik.

Azvision.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov yarışın yekunlarına həsr olunnumuş mətbuat konfransında deyib. O, bildirib ki, bütün qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılır.
Nazir qeyd edib ki, idmançılarımız festivalı 48 ölkə arasında ikinci pillədə başa vurmağa yaxındır: "Bu festival idmançılarımızı gələcəkdə daha böyük nailiyyətlər əldə etməyə ruhlandıracaq. Azərbaycan idmançıları yarışlarda uğurla iştirak etdilər. İdmaçılarımızın qazandığı medalların sayı və keyfiyyəti bizi qanə edir”.

A.Rəhimov əlavə edib ki, festivalın bağlanış mərasimi üçün biletlərin hamısı satılıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Azad-Rəhimov  





Xəbər lenti