Suda boğulanların statistikası - 45 gündə 35 ölüm
Azvision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlar əsasında apardığı araşdırmaya görə, 45 gün ərzində 183 nəfər suda boğulmaqdan xilas edilib.
Lənkəranda 1, Salyanda 2, Bakıda 18, Sumqayıtda 1, Sabirabadda 1, Lerikdə 1, Gəncədə 1, Göygöldə 2, Qusarda 1, Cəlilabadda 1, Astarada 1, Neftçalada 3, Ağdaşda 1, Xaçmazda 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.
Anar Kəlbiyev
Azvision.az