30-70 yaşlı insanların əsas ölüm səbəbləri

  01 Avqust 2019    Oxunub : 1291
30-70 yaşlı insanların əsas ölüm səbəbləri
Azərbaycanda 30 -70 yaşında yoluxucu olmayan xəstəliklərə yoluxan şəxslərin ölüm göstəricisi 22 faiz civarındadır.
Azvision.az xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı deyib. Onun sözlərinə görə, ölüm halları üçün əsas faktorlar qan təzyiqinin, şəkərin yüksəlməsi, artıq çəki və siqaretdən istifadədir.

"Xəstəliklərin idarəedilməsi və ölümlərin azalmasında ən vacib faktorlardan biri ilkin səhiyyə xidmətlərinin gücləndirilməsidir. Azərbaycan səhiyyə sisteminin, xüsusilə, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımlar atır. Səhiyyə sistemin gücləndirilməsi, pullu ödənişlərin azaldılması və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasının vaxtı gəlib çatıb".

H.Harmancı əlavə edib ki, ÜST-nin Azərbaycandakı nümayəndəliyi səhiyyə sistemində dəyişikliklərlə bağlı hökuməti dəstəkləmək üçün prosesə mütəxəssislərdən ibarət missiya cəlb edib: "Missiya ilkin səhiyyə xidmətlərini müasirləşdirmək və gücləndirmək üçün səy göstərir. ÜST Azərbaycan hökumətinə bu işlərlə əlaqədar Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi başda olmaqla köməklik etməyə hazırdır".

Aytən Zəhra
Azvision.az

Teqlər: ÜST