Dənizdə batan musiqiçinin meyiti tapılıb

   Dənizdə batan musiqiçinin meyiti tapılıb
  01 Avqust 2019    Oxunub:2457
31.07.2019-cu il tarixində Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1992-ci il təvəllüdlü Əkbərov Pənah Bəhram oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, P.Əkbərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Pənah Əkbərov klarnet ifaçısı olub.

Azvision.az




Teqlər: FHN   Xaçmaz  





Xəbər lenti