Nazirlik yeni layihənin icrasına başlayıb

Nazirlik yeni layihənin icrasına başlayıb
  01 Avqust 2019    Oxunub:1195
Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin icrasına başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, layihə çərçivəsində Salyan və Masallı rayonlarında həmin rayonların icra hakimiyyətlərinin dəstəyi ilə bələdiyyə və ərazi nümayəndələri ilə görüş keçirilib. İlk növbədə layihənin məqsədi və fəaliyyət istiqamətləri təqdim edilib. Bildirilib ki, “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi qeyd edilən şəxslərin müdafiəsi və rifahı ilə bağlı hüquqlarının təmin olunması, onların cəmiyyətə inteqrasiyasının təşviq edilməsi istiqamətində aparılan işlərə dəstək məqsədi daşıyır.

Görüşdə yerli qurumların layihənın icrasına hansı formalarda dəstək verəcəklərinə dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ilkin siyahılara əsasən avqust ayında sorğular keçiriləcək və fəaliyyət planı hazırlanacaq.

İctimai məkanların əlilliyi olan insanlar üçün müyəssərliyinin öyrənilməsi, bununla bağlı kiçik infrastruktur dəyişikliklərinə dair təkliflərin verilməsi məqsədilə layihə çərçivəsində həmin rayonlardakı bir sıra ərazilərə ilkin baxış da keçirilib.

Azvision.az


Teqlər: ƏƏSMN   Layihə  





Xəbər lenti