Baytarlar üçün “Xəzər” avtomobilləri alınıb

Baytarlar üçün “Xəzər” avtomobilləri alınıb
  02 Avqust 2019    Oxunub:1599
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yerli baytarlıq qurumlarının istifadəsi üçün 17 ədəd "Xəzər" avtomobili alınıb.
Bu barədə Azvision.az -a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin baş məsləhətçisi Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, baytarlıq sahəsinin nəqliyyat vasitələri ilə təmin olunması istiqamətində müvafiq işlər görülür. Bununla baytarlıq işi daha da yaxşılaşacaq və onların çağırışlara vaxtında getməsi təmin ediləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Baytarlıq   Maşın   Xəzər  





Xəbər lenti