Bərdədə silahlı insident: 1 nəfər güllələnib

Bərdədə silahlı insident:    1 nəfər güllələnib
  02 Avqust 2019    Oxunub:1944
Avqustun 1-də Bərdə rayonunun Seyidyusifli kəndi ərazisində Tərtər rayon sakini F.İsmayılov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi E.Nəcəfovun bud nahiyələrinə xəsarət yetirdikdən sonra könüllü olaraq polisə təslim olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zamanı cinayətdə istifadə edilmiş “AKS” markalı silah, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: Tərtər   Cinayət  





Xəbər lenti