Nazirlik 892 əlili istirahətə göndərib

Nazirlik 892 əlili istirahətə göndərib
  02 Avqust 2019    Oxunub:1295
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizdə olan istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu ilin ötən dövründə onlardan artıq 892 nəfər Quba, Qusar,Xaçmaz, Lənkəran, rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb.

Əlilliyi olan şəxslərin istirahətinin təşkili “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir.

Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də yer alıb.

Azvision.az


Teqlər: ƏƏSMN   Əlil   İstirahət  





Xəbər lenti