Avtobuslarda gediş haqqı qalxacaq? – Nazirlikdən AÇIQLAMA

Avtobuslarda gediş haqqı qalxacaq? – Nazirlikdən AÇIQLAMA
  03 Dekabr 2013    Oxunub:1409
Nazirlik əhalini narahat olmamağa çağırdı

Azərbaycanda yanacağın qiymətinin artmasından sonra ən çox müzakirə olunan məsələ avtobuslarda gediş haqqının qalxması ilə bağlıdır. Bir çoxları hesab edir ki, benzinin qiymətinin artımı gediş haqlarına da təsir edəcək və sərnişin daşımada qiymətlər bahalaşacaq.

Nəqliyyat Nazirliyi bu iddialara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov AzVision.az-a açıqlamasında narahatlığa əsas olmadığını deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, gediş haqlarının artması gündəmdə deyil:

Onun sözlərinə görə, qiymət artımı Tarif Şurası tərəfindən müəyyənləşir və bununla bağlı Nəqliyyat Nazirliyinə məlumat daxil olmayıb:

“Bu barədə heçnə deyə bilmərəm. Qiymət artımı ilə bağlı qərar Tarif Şurası tərəfindən verilir. Gediş haqlarının qalxması ilə bağlı hələ ki, hər hansı məlumat yoxdur. Tarif Şurası tərəfindən marşrutlarda gediş haqqı qaldırılmayıb. Nazirliyin Tarif Şurasına müraciət edib-etməyəcəyi ilə bağlı heç nə deyə bilmərəm. Məsələ araşdırıldıqdan sonra qərar verilə bilər”.

Qeyd edək ki, Azərbaycan Tarif Şurası benzin və neft məhsullarının qiymətinin artırılması ilə bağlı qərar qəbul edib.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti