2 tondan çox narkotik dövriyyədən çıxarılıb

 2 tondan çox narkotik dövriyyədən çıxarılıb
  03 Avqust 2019    Oxunub:2283
Ötən il Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Әdliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ümumilikdə 2 ton 553 kq 570,976 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 14.819 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Azvision.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2018-ci ilə dair hesabatında qeyd olunub.

Bildirilib ki, müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 749 kq 246,058 qr marixuana (29,3%), 371 kq 813,146 qr tiryək (14,6%), 1 ton 219 kq 802,168 qr heroin (47,8%), 70 kq 576,012 qr həşiş (2,7%), 123 kq 922,9 qr digərləri (4,8%), 7 kq 023,269 qr psixotrop maddələr (0,3%), 6 kq 504,204 prekursorlar (0,3%), həmçinin 0,01 qr Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 2 kq 287,4 qr (0,1%) güclü təsir edən maddə, 2 kq 395,9 qr (0,1%) zəhərli maddələr, 397 flakon mydrax 100%), o cümlədən 14819 ədəd çətənə kolu və 18791 ədəd həb olub.

Ümumilikdə, hesabat dövrü ərzində hüquq-mühafizə orqanları tərəfindən 3305 fakt aşkar edilib ki, onlardan 897-i satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2124-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 234-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 50-i isə digərləri olub.

Azvision.az



Teqlər: Narkotik   Hesabat  





Xəbər lenti