30 yaşlı qadın suda boğuldu, uşaq xilas edildi

 30 yaşlı qadın suda boğuldu, uşaq xilas edildi
  03 Avqust 2019    Oxunub:2432
Bakının Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.

Azvision.az xəbər verir ki, hadisə ilə bağlı təcili tibbi yardıma saat 15:26-da çağırış daxil olub. Məlumatda iki nəfərin suda boğulması bildirilib.
Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.

Təcili yardımdan verilən məlumata görə, lazımi yardımdan sonra uşağın 3 saylı Şəhər Xəstəxanasıma keçirilməsi planlaşdırılır.

Azvision.az



Teqlər: Xəstəxana   Uşaq   Qadın  





Xəbər lenti