Polislər “Sədərək”də vətəndaşı xilas etdi, malları daşıdılar - VİDEO

Polislər “Sədərək”də vətəndaşı xilas etdi, malları daşıdılar -  VİDEO
  05 Avqust 2019    Oxunub:8028
Polis əməkdaşları “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın zamanı tüstüdən zəhərlənərək köməksiz vəziyyətdə qalan şəxsi xilas ediblər.

Azvision.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları vətəndaşı yanğın yerindən çıxarıb, ona ilkin tibbi yardım göstəriblər.


Daha sonra polislər sahibkarlara da kömək ediblər. Belə ki, onlar sahibkarların əmlakını qorumaqla yanaşı, malları yanğın baş verən ərazidən kənara daşıyıblar.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub. Onlardan biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır. Digərləri isə yanğının söndürülməsində iştirak edən FHN və DİN əməkdaşlarıdır.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Sədərək   Yanğın  





Xəbər lenti