Vətəndaşların “DOST”dan məmnunluq səviyyəsi 93 faizdən çoxdur
Xidmətlərin göstərilməsi prosesi vətəndaş məmnunluğu prinsipinə uyğun qurulub. Mərkəzə gələn vətəndaşa xidmətdən yararlandıqdan sonra masadan ayrılmadan xidmətdən nə dərəcədə razı qalıb-qalmadığı barədə rəyini bildirmək təklif edilir və o, öz rəyini elektron sistemə daxil edir. Bundan başqa, mərkəzin çıxışında da könüllülər vətəndaşlara yaxınlaşaraq sorğuda iştirak etməyi təklif edirlər. “Göstərilən xidmətdən nə dərəcədə razı qaldınız?” sualına “Razı qaldım”, “Qismən razı qaldım”, “Razı qalmadım” və “Bilmirəm” cavab variantları təklif olunur.
Vətəndaşların məmnunluq səviyyəsi mərkəzin Təhlil və statistika departamenti tərəfindən həmin cavablara və Çağrı mərkəzinin məlumatlarına əsasən hesablanır. İndiyə qədər olan məlumata əsasən, vətəndaşların “DOST” mərkəzindən tam məmnunluq səviyyəsi 93 faizi keçib, xidmətlərdən qismən məmnun vətəndaşlar isə 4 faiz təşkil edir.
Azvision.az
Teqlər: