Güclü külək Bakıda 20-ə yaxın ağacı aşırıb, 2 maşın əzilib

  Güclü külək Bakıda 20-ə yaxın ağacı aşırıb,  2 maşın əzilib
  05 Avqust 2019    Oxunub:5366
Bakıda müşahidə edilən güclü külək nəticəsində 20-ə yaxın ağacın kökündən çıxaraq aşması və ya budaqların sınması ilə bağlı müraciət daxil olub.

Bunu Azvision.az - açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, Birliyin şəxsi heyəti küləyin fəsadlarının aradan qaldırılması və aşaraq yolu bağlayan ağacların götürülməsi istiqamətində gücləndirilmiş rejimdə çalışır: “Əsasən Yasamal, Nəsimi, Nərimanov rayonlarında daha çox ağac aşması qeydə alınıb. İki yerdə ağac maşının üzərinə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bakı   Külək   Ağac  





Xəbər lenti