Azərbaycanın hərbi aşpazları atəş açdılar

Azərbaycanın hərbi aşpazları atəş açdılar
  06 Avqust 2019    Oxunub:1515
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinin iştirakçılarının birinci mərhələyə hazırlıq prosesi yekunlaşıb.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan hərbi aşpazları silahdan yoxlama atışları etməklə çalışmaları yerinə yetirmək üçün silahları sıfırlayıblar.



Müsabiqənin bu mərhələsində iştirakçı ölkələrin nümayəndələri avtomatla 100 metr məsafədə hərəkətsiz hədəfi 3 patron ilə vurmalıdır. İstifadə ediləcək silahlara baxış keçirilərək qəbul edildikdən sonra aşpazlarımız müsabiqənin mərhələlərinin icra üsullarını məşq etməyə başlayıblar.



Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti