Toydakı zəhərlənmə ilə bağlı araşdırma aparılır

 Toydakı zəhərlənmə ilə bağlı araşdırma aparılır
  06 Avqust 2019    Oxunub:1634
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır.
Bu barədə Azvision.az -a AQTA-dan məlumat verilib. Bildirilib ki, hazırda daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu araşdırmalara başlayıb. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qey edək ki, Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra zəhərlənmə ilə bağlı Qəbələ Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: AQTA   Toy   Zəhərlənmə  





Xəbər lenti