BQXK nümayəndələri Dilqəm və Şahbaza baş çəkib

 BQXK nümayəndələri Dilqəm və Şahbaza baş çəkib
  06 Avqust 2019    Oxunub:1900
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkiblər.
Bu barədə Azvision.az -a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

O deyib ki, BQXK-nin nümayəndələri iyul ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib və onlara ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradılıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: BQXK   Kəlbəcər-Girovları   Şahbaz   Dilqəm  





Xəbər lenti