Şəhid gizirin anım mərasimi keçirildi - VİDEO

Şəhid gizirin anım mərasimi keçirildi -    VİDEO
  06 Avqust 2019    Oxunub:1739
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid gizir Pərvin Əliyevin anım mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı hərbi təhsil müəssisəsinin kursantları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.



Mərasim iştirakçılarına şəhid gizir Pərvin Əliyevin keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Şəhidin oğlu Riyad Əlilinin atasının şərəfli ömür yolunu davam etdirmək məqsədilə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olması tədbirə toplaşanların diqqətinə çatdırılıb.

Çıxış edənlər Pərvin Əliyev kimi oğullarımızın Ordumuzun düşmənə qarşı apardığı döyüşlərdə göstərdikləri şücaətdən, 2016-cı ilin Aprel döyüşlərindən və ordu quruculuğunda baş verən uğurlu dəyişikliklərdən danışaraq, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi vurğulayıblar.

Sonra şəhid gizir Pərvin Əliyevə həsr olunan “Təki Vətən sağ olsun” bədii-sənədli filmi nümayiş etdirilib.
Bədii hissə ilə davam edən tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Şəhid   Gizir  





Xəbər lenti