Nikol Paşinyan Xankəndidə etirazla qarşılandı

 Nikol Paşinyan Xankəndidə etirazla qarşılandı
  06 Avqust 2019    Oxunub:4975
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilər tərəfindən etirazla qarşılanıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Xankəndidə yaşayan ermənilər sosial vəziyyətlərinin pis olmasından şikayətlənib, onlara verilən vədlərin yerinə yetirilməməsinə görə etiraz aksiyası keçiriblər.

Etirazçılar Paşinyanla görüşmək istəsələr də, Xankəndində onların qarşısına separatçı qurumun rəhbəri Bako Saakyan çıxıb. Bu isə aksiya iştirakçılarını daha çox hiddətləndirib.

Narazı ermənilər bildiriblər ki, əhalinin səfil və ehtiyac içində yaşamasının başlıca səbəbi məhz Saakyanın məsuliyyətsizliyidir. Bako Saakyan etirazçılar qarşısında çıxış etmək istəsə də, ona imkan verilməyib.



Bundan başqa, Ermənistanın təhlükəsizlik xidmətinin rəhbəri Artur Valentenyan da etirazçılarla danışmaq istəyib, lakin buna nail ola bilməyib. Paşinyan isə nümayişlərdən xəbərdar olmağına rəğmən, aksiya iştirakçıları ilə görüşməyib.

Etirazçı ermənilərin sözlərinə görə, Bako Saakyan və adamları 20 ildən çoxdur soyğunçuluq və talanla məşğuldur. Bu səbəbdən onlar Bako Saakyan və Manvel Qriqoriyan barəsində korrupsiya ilə bağlı araşdırma aparılmasını tələb ediblər.

Azvision.az



Teqlər: Paşinyan   Xankəndi  





Xəbər lenti