Bayramda avtobusla rayona gedənlərin nəzərinə!

   Bayramda avtobusla rayona gedənlərin nəzərinə!
  06 Avqust 2019    Oxunub:1568
Azərbaycanın 56 avtovağzal və avtostansiya kompleksində avqustun 7-dən 14-nə qədər gücləndirilmiş iş rejimi elan edilib.
Azvision.az Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir ki, Qurban bayramı ilə əlaqədar bayramın ilk günləri paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə ediləcək.

Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağı ehtimal edilərək biletlərin əvvəlcədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə edilməsi tövsiyə olunur. Region avtovağzallarından növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi proqnozlaşdırılır. Sərnişinlərdən xahiş edilir ki, hər hansı süni qiymət artımı ilə qarşılaşdıqları təqdirdə (012) 566-52-58 nömrəsinə zəng edərək məlumat versinlər.

Azvision.az



Teqlər:





Xəbər lenti