Bayrağımız tərsinə qoyuldu, İnam Kərimov düzəltdi - FOTO

 Bayrağımız tərsinə qoyuldu, İnam Kərimov düzəltdi -  FOTO
  06 Avqust 2019    Oxunub:15694
Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib.

Azvision.az xəbər verir ki, tədbirdə diqqətçəkən hadisə yaşanıb. Belə ki, masa üzərində Azərbaycan bayrağının tərsinə qoyulduğunu görən kənd təsərrüfatı naziri İnam Kərimov dərhal müdaxilə edib və bayrağımızı düzəldib.
Nazirin bu addımı diqqətdən yayınmayıb və sosial şəbəkələrdə təqdir olunub.



Azvision.az



Teqlər: İnam-Kərimov  





Xəbər lenti