AZAL-ın təyyarəsində 20-ə yaxın “iPhone” tapılıb

AZAL-ın təyyarəsində 20-ə yaxın “iPhone” tapılıb
  07 Avqust 2019    Oxunub:2174
“Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin ekipaj üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş öncəsi yoxlanış zamanı təyyarənin tualetində 20-ə yaxın “iPhone” markalı mobil telefon tapıblar.
Azvision.az xəbər verir ki, bu barədə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib.

Onun sözlərinə görə, hazırda AZAL və Dövlət Gömrük Komitəsinin əməkdaşları faktla bağlı birgə araşdırma aparır.

Azvision.az



Teqlər: AZAL   Təyyarə  





Xəbər lenti