Kiprdə “Qarabağ”a qarşı erməni təxribatı - FOTO

Kiprdə “Qarabağ”a qarşı erməni təxribatı -  FOTO
  07 Avqust 2019    Oxunub:10551
Xəbər verdiyimiz kimi, bu gün “Qarabağ” klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb. Ağdam təmsilçisi Kiprdə APOEL-lə qarşılaşıb.
Azvision.az xəbər verir ki, paytaxt Nikosiyada keçirilən görüşdə Azərbaycana qarşı təxribata əl atılıb. Belə ki, stadionun "Qarabağ"a aid olan hissəsinə yaxın yerdə işğalçı Ermənistanın bayrağı asılıb.



Belə bir təxribatçı addımın APOEL-in ermənipərəst azarkeşləri tərəfindən siyasi məqsədlə atıldığı şübhə doğurmur.

Qeyd edək ki, APOEL tərəfdarlarının təzyiqlərinə baxmayaraq, "Qarabağ" səfər matçında 1:2 hesablı qələbə qazanıb.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti