Azərbaycanlılar Rusiyadan deportasiya edildi

 Azərbaycanlılar Rusiyadan deportasiya edildi
  07 Avqust 2019    Oxunub:2603
Tatarıstanın məhkəmə icraçıları bir həftə ərzində altı qanunsuz miqrantın ölkədən çıxarılması barədə qərar qəbul edib.

Azvision.az xəbər verir ki, bu barədə Tatarıstan Respublikasında Rusiyanın Məhkəmə İcraçıları Federal Xidmətinin region üzrə mətbuat katibi Liliya Həlimova məlumat verib.
O,bildirib ki, Tacikistan, Azərbaycan və Gürcüstan vətəndaşları Rusiya Federasiyasında olma və yaşama qaydalarını pozduğuna görə barələrində inzibati qərarlar qəbul edilib. Onun sözlərinə görə, altı şəxsin cərimə olunaraq ölkə hüdudlarından kənara çıxarılması barədə müvafiq addım atılıb.

Qeyd olunub ki, bu ilin əvvəlindən 390 qanunsuz miqrant ölkə qanunvericiliyinin müxtəlif maddələrini pozduğuna görə Rusiyadan deportasiya edilib. Onların arasında azərbaycanlılar da var.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Rusiya   Miqarnt  





Xəbər lenti