Prezident və xanımı “Nərəkənd”in açılışında - FOTOLAR
“NərəMİZ” balıqyetişdirmə zavodunda müasir texnologiyalarla suyun təkrar dövriyyəsini təmin edən qapalı tipli fermanın inşası tamamlanıb. Qapalı sistemdə suyun təkrar dövriyyəsini təmin edən texnoloji proses nərə balığı istehsalının təbii faktorların təsirindən qorunmasına və yetişdirmə templərinin artmasına imkan yaradır. Burada yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən 2 il müddətinə 5 kiloqram əmtəə çəkisinə çatdırılır. Layihənin növbəti mərhələsində dənizdə qəfəs təsərrüfatının qurulması nəzərdə tutulur. Hazırda münasib yerin seçilməsi üçün ölçmə-axtarış işləri aparılır. Nəticədə ümumi illik istehsalat həcminin 200 ton balığa və 20 ton kürüyə çatdırılması planlaşdırılır. Kompleksin fermalarında yetişdirilmiş, habelə balıqçıların dənizdə tutduğu balığın mərkəzləşdirilmiş qaydada və zəruri normativlərə uyğun satışının təşkili məqsədilə zəruri şərait yaradılıb, balıq bazarı inşa olunub.
Layihə çərçivəsində ərazinin yaşıllaşdırılması və əhalinin istirahəti üçün şəraitin yaradılması məqsədilə kompleksin ətrafındakı sahil zonası abadlaşdırılıb və ərazidə müasir park salınıb.
Bu layihənin icrası ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı, o cümlədən idxalı əvəzləyəcək məhsulların istehsalı baxımından mühüm əhəmiyyətə malikdir. Son illərdə aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sahəsində mühüm nailiyyətlər əldə olunub, bu sektorun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, rəqabətqabiliyyətli malların istehsalı genişlənib.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Pirallahı