Oğuzda "Vəhdət namazı" qılınıb

  07 Avqust 2019    Oxunub : 1470
Oğuzda "Vəhdət namazı" qılınıb
Aran və Şimal-qərb bölgələrindən olan din xadimləri birgə "Vəhdət namazı" qılıblar.
Azvision.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Oğuz rayonunda həyata keçirilən “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Saatlı, Sabirabad, İmişli, Neftçala, Qəbələ, Oğuz rayonlarından və Şəki şəhərindən olan din xadimləri Oğuz şəhər Cümə məscidində birgə namaz qılıblar.

Azvision.az

Teqlər: Namaz