Sabah bir neçə rayonda qaz olmayacaq

Sabah bir neçə rayonda qaz olmayacaq
  08 Avqust 2019    Oxunub:1322
Avqustun 8-də səhər saat 09:00-dan etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin balansında olan “Qazanlar-Keşlə” magistral qaz kəmərinin üzərində quraşdırma işləri, eləcə də digər qaz xətlərində birləşdirmə işləri icra olunacaq.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində Bakının Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov, H.Aslanov, M.Davud, Aşıq Qurban, Mingəçevir və Suleyman Əhmədov küçələrində, eləcə də NZS qəsəbəsi, Əhmədli kəndi və digər yerlərdə qaz təchizatı dayandırılacaq.

Bundan başqa, sabah səhər saat 09:00-dan etibarən İsmayıllı və Göyçay rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq. Təchizatda dayandırmalar Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz xəttində aparılan bəzi təmir işləri ilə bağlıdır.

Azvision.az



Teqlər: Azəriqaz   Rayon  





Xəbər lenti