Azərbaycan kinosunun 71 yaşlı “Nəsimi”si - FOTOLAR

  Azərbaycan kinosunun 71 yaşlı “Nəsimi”si -    FOTOLAR
  08 Avqust 2019    Oxunub:4982
Bu gün Azərbaycanın Xalq artisti Rasim Balayevin doğum günüdür. Sevilən aktyorun 71 yaşı tamam olur.

Azvision.az xəbər verir ki, Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərində oynadığı rollarla tamaşaçıların sevgisini qazanıb. Bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən aktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rolları da məharətlə canlandırıb.



"Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb. "Özbəkfilm"də, "Mosfilm"də, və başqa studiyalarda da filmlərə çəkilib.

Mənfi obrazları belə çox məharətlə oynayan aktyor onların birinə görə (Səlim bəy "Qanlı zəmi") Azərbaycan SSRİ Dövlət mükafatına layiq görülüb.



Görkəmli aktyor Azərbaycanın Xalq artisti (1982), "Şöhrət" ordeni laureatı (1998), "Şərəf" ordeni laureatı (2018) və Prezident təqaüdçüsüdür.

















Azvision.az


Teqlər: Rasim-Balayev   Xalq-artisti   Aktyor  





Xəbər lenti