Bu yollarda rənglənmə işləri aparılacaq

Bu yollarda rənglənmə işləri aparılacaq
  08 Avqust 2019    Oxunub:1252
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərinin Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində 8 avqust tarixində saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Azvision.az



Teqlər: Yol  





Xəbər lenti