Qanunsuz ov edən üç nəfər saxlanılıb

Qanunsuz ov edən üç nəfər saxlanılıb
  08 Avqust 2019    Oxunub:1510
Masallı rayon sakinləri İ.Manafov, A.Abdullayev və V.Bayramov Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində qanunsuz ov etdikləri üçün polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, onlardan müvafiq sənədləri olan 3 ov tüfəngi, 218 patron, 2 patrondaş, 1 bıçaq və ovlanmış 12 quş götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Biləsuvar   Ov  





Xəbər lenti