Avqustun 9-da Xəzər dənizində maqnitudası 3,1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az -a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:57-də qeydə alınıb. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.