Oğuzda avtomobil qaz xəttini zədələdi

  09 Avqust 2019    Oxunub : 1043
Oğuzda avtomobil qaz xəttini zədələdi
Ötən gün axşam saatlarında Oğuz rayonunun Bucaq, Calut, Bayan, Muxas kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini avtomobillə vuraraq zədələyiblər.
Bu barədə Azvision.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində 1300 abunəçinin qaz təchizatında fasilə yaranıb. Kəndlərə qazın verilişi bu gün səhər saatlarında bərpa olunub.

Azvision.az

Teqlər: Azəriqaz