Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə aeroport yolunda, Sabunçu keçidinin yanında qeydə alınıb. Qəza nəticəsində iki nəfər yaralanıb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası və onun 6 aylıq qızı qapalı kəllə beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri ilə hadisə şahidlərinin köməkliyi ilə Pedriatriya İnstitutuna gətirilib.
"Təcili Yardıma çağırış Pedriatriya İnstitutuna olub. Yaralılar Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda müalicələri davam edir".