Tankçılarımız “Tank biatlonu” müsabiqəsinin yarımfinalında

Tankçılarımız “Tank biatlonu” müsabiqəsinin yarımfinalında
  09 Avqust 2019    Oxunub:1338
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlmiş 16 komanda arasında püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən komandaların rəqibləri, çıxış edəcəkləri gün və döyüş texnikasının rəngi müəyyən edilib.

Qırmızı rəngə boyanmış tanklarda çıxış edəcək komandamızın birinci divizionda ikinci qrupdakı rəqibi Çin, Qazaxıstan və Serbiya heyətləri olacaq.



Azvision.az


Teqlər: Ordu   Tank  





Xəbər lenti