Həbsdə olan qohumuna heroin gətirən şəxs saxlanılıb

Həbsdə olan qohumuna heroin gətirən şəxs saxlanılıb
  09 Avqust 2019    Oxunub:1188
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3 və 67.1-ci maddələrinə əsasən 2 il 2ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rəsulov Taleh Çingiz oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Sabirabad rayon sakini Qələndərov Pərviz Əhməd oğlunun üzərinə baxış keçirilən zaman cibində gizlədilmiş 1 ədəd bükülünün içərisində 0,168 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: PenitensiarXidmət   Həbsxana   Narkotik   Heroin  





Xəbər lenti