Ədliyyə nazirinin müavini vətəndaşları qəbul edib
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə və müvafiq qurumlara tapşırıqlar verilib.
Vətəndaşlar rayon sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Azvision.az
Teqlər: Ədliyyə-Nazirliyi