Bakıda küçə ticarətinin qarşısı alınır

Bakıda küçə ticarətinin qarşısı alınır
  10 Avqust 2019    Oxunub:2038
Paytaxtın Yasamal rayonunun ərazisində - metronun “Elmlər Akademiyası” və “İnşaatçılar” stansiyalarının giriş və çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçəboyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.
Azvision.az xəbər verir ki, paytaxt sakinləri polisin ərazidə həyata keçirdiyi müvafiq tədbirlərdən razılıqlarını ifadə ediblər. Sakinlər ərazidə hüquq qaydasının təminatı işinin səmərəli təşkili üçün polisin gördüyü profilaktik tədbirləri alqışlayırlar.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın hər bir sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməli, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə qarşı həssas olmalı, elementar normalara əməl etməlidir. Satış yalnız müəyyən olunan ünvanlarda həyata keçirilməlidir.

Azvision.az



Teqlər: Polis   Küçə   Ticarət  





Xəbər lenti