Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşdı - VİDEO

Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşdı -    VİDEO
  11 Avqust 2019    Oxunub:1758
Moskva vilayətinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşıb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Birinci divizionun ilk yarışında Azərbaycan, Qazaxıstan, Çin və Serbiya komandaları iştirak ediblər. Yağışlı və küləkli əlverişsiz hava şəraitinə baxmayaraq tankçılarımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.

Yarışın nəticələrinə əsasən estafeti birinci yerdə Qazaxıstan, ikinci yerdə Azərbaycan, üçüncü yerdə Çin və dördüncü yerdə Serbiya komandası başa vurub.

Avqustun 12-də birinci divizionun ikinci yarışı keçiriləcək.



Azvision.az


Teqlər:





Xəbər lenti