Fərarilik etmiş erməni hərbçi təmas xəttində saxlanılıb - FOTOLAR

 Fərarilik etmiş erməni hərbçi təmas xəttində saxlanılıb -  FOTOLAR
  12 Avqust 2019    Oxunub:4860
Avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.
Bu barədə Azvision.az -a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür.

Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.











Azvision.az


Teqlər: Fərari   Erməni   Hərbçi  





Xəbər lenti