Mehriban Əliyeva Rusiyanın "Dostluq" ordeni ilə təltif olundu

  13 Avqust 2019    Oxunub : 1636
 Mehriban Əliyeva Rusiyanın "Dostluq" ordeni ilə təltif olundu
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.
Azvision.az "RİA “Novosti”yə istinadən xəbər verir ki, Mehriban Əliyeva bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının vətəndaşı Əliyeva Mehriban Arif qızı Azərbaycan-Rusiya əlaqələrinin inkişafında və möhkəmlənməsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilsin" , deyə sənəddə qeyd edilib.

Azvision.az

Teqlər: Mehriban-Əliyeva   Orden