İnsan alveri ilə məşğul olan 4 nəfər axtarışa verilib

 İnsan alveri ilə məşğul olan 4 nəfər axtarışa verilib
  13 Avqust 2019    Oxunub:4943
İnsan alveri cinayət əməllərinə görə 2019-cu ilin birinci yarımilində 4 nəfər haqqında axtarış elan edilib.

Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.
Məlumata görə, axtarışda olan təqsirləndirilən şəxslərdən 3-ü əcnəbi, 1-i isə Azərbaycan Respublikasının vətəndaşıdır.



Ceyranlı Fərman Cahan oğlu – 03.12.1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.



Gursen Tarkan – 23.12.1971-ci ildə anadan olub, Türkiyə Respublikasının vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.



Solun Dogan – 01.01.1992-ci ildə anadan olub, Türkiyə Respublikasının vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan seçilib.



Taheri Mahmoudi Mohsen – 05.11.1962-ci ildə anadan olub, İran İslam Respublikasının vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: DİN   İnsan-Alveri   Axtarış  





Xəbər lenti