Müşfiq Rəhimov vəzifəsindən azad edilib

   Müşfiq Rəhimov vəzifəsindən azad edilib
  13 Avqust 2019    Oxunub:10473
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı işdən çıxarılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Rəhimov daxili işlər nazirinin adına yazdığı raport əsasında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin sərəncamına götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, ötən gün Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Azvision.az


Teqlər: DİN   Müşfiq-Rəhimov  





Xəbər lenti