Rəsulzadənin adı verilən gəmi qəzaya düşdü
Azvision.az xəbər verir ki, göyərtəsində 14 heyət üzvü olan gəmi İstanbulun Dəmir bölgəsində Liberiya bayrağı altında üzən “Doric Warior” gəmisi ilə toqquşub. Hadisə yerinə 3 xilasedici gəmi cəlb olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl istismara verilən “Məmməd Əmin Rəsulzadə" gəmisi yeni kimi təqdim edilsə də, onun köhnə olduğu üzə çıxıb. Məlum olub ki, gəmi 1998-ci ildə inşa olunub.
Azvision.az