AQTA uşaq qidalarının keyfiyyətinə nəzarət edəcək

AQTA uşaq qidalarının keyfiyyətinə nəzarət edəcək
  14 Avqust 2019    Oxunub:1297
Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti həyata keçirəcək orqan müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında imzaladığı fərmanda əksini tapıb.

Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Yeyinti məhsulları haqqında” qanunla müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti