Yasamalın bir neçə küçəsində su olmayacaq

Yasamalın bir neçə küçəsində su olmayacaq
  15 Avqust 2019    Oxunub:1054
Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yeni tikilmiş magistral su kəmərindən birləşmələrin verilməsi ilə əlaqədar bu gün ərzində Şəfaət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Azvision.az -a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, yaranmış narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti